Meyxanaçı Ağakərimin (Kərim Novruzov) səhhətindən xəbər var.
Sabahinfo.az xəbər verir ki, lent.az-a açıqlama verən söz ustasının oğlu Kamil atasının vəziyyəti barədə bu sözləri deyib:
“Atamın ölüm xəbərini yayıblar. Yalandır. Ev şəraitində müalicəsi davam etdirilir. Artıq xəstəxanaya aparmırıq. Həkimlər evə gəlir, müalicəsini yazıb gedirlər. Həkimlərlə danışdıq, bir tək ümid Allahadır. Allahın köməyi ilə yaxşı olar”.
Qeyd edək ki, 2017-ci ildə Ağakərimin beyninə qan sızıb. O, hazırda yataq xəstəsidir.