Ölkənin inkişafı və yüksəlməsi üçün çalışmaq da onun yolunda ölmək qədər şərəflidir

Məhz Cənab Prezidentin İlham Əliyevin 17 illik fəaliyyəti zamanı yetişən gənclərin hesabına Qarabağ torpaqları düşməni qova-qova azad edilmişdir. 

Allah bütün şəhidlərimizə rəhmət eləsin, ruhları qarşısında baş əyirik. Vətən üçün yaşamaq da, ölkənin inkişafı və yüksəlməsi üçün çalışmaq da onun yolunda ölmək qədər şərəflidir. 

Müzəffər Prezident İlham Əliyev siyasətində qısamüddətli, ortamüddətli, uzunmüddətli hədəflər muəyyən olunur. Atılan addımlar, imzalanan Bəyannamələr, sərəncamlar və digər bütün sənədlər bu gün və sabah üçün faydalı olmaqla yanaşı, eyni zamanda 50 il sonraya hesablanmışdır. 

Cənab Prezidentin 19 ilə yaxın Prezidentlik fəaliyyəti dövrünə nəzər salsaq, dövlət olaraq bu günə qədər elə bir təşəbbüsümüz olmayıb ki, o, reallığa çevrilməsin. 

Ermənistanın (saxta dövlətin) AXC-Müsavat cütlüyü ilə işğal zamanı, 90-cı illərin əvvəllərində "uğurlu əməkdaşlığının" dadı hələ də ermənilərin damağında qalıb. Bir-birləriylə "əməkdaşlıq" edən saxta dövlət və torpaqları satanlar unutmasınlar DƏMİR YUMRUQ hər zaman yerindədir. Bu gün Azərbaycan etibarlı əllərdədir, məhz uğurlu siyasətin sayəsindədir ki, dövlətimizi xaricdən heç bir təhlükə gözləmir, daxildə Xalq-İqtidar birliyi möhkəm bağlar üzərində qurulub, sabitlik və təhlükəsizlik yüksək səviyyədə qorunur. 

Artıq "Dağlıq Qarabağ münaqişəsi" keçmişdə qaldı. Beynəlxalq münasibətlərdə yaranan ikili standartlardan istifadə edən Ermənistan beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq təqribən 30 il ərzində Azərbaycan ərazilərinin 20 faizini işğal altında saxlaya bildi. Həm öz ərazisində, həm də işğal etdiyi Azərbaycan torpaqlarında azərbaycanlılara qarşı etnik təmizləmə həyata keçirdi. 1992-ci ilin fevralında Xocalı soyqırımını törədərək yüzlərlə mülki şəxsi, o cümlədən 106 qadın və 63 uşağı qətlə yetirdi. Bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünün doğma evlərinə qayıtmaq hüququ da daxil olmaqla, əsas insan hüquqlarını pozdu. 

Lakin hərbi təcavüzə və 1993-cü ildə BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilən və Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamənin icrasından yayınmasına baxmayaraq, Ermənistana qarşı sanksiyalar tətbiq olunmadı. Cəzasızlıqdan həvəslənən Ermənistan daha da irəliyə gedərək Azərbaycanı yeni torpaqlar uğrunda yeni müharibə ilə hədələyir, dövlət sərhədi və keçmiş təmas xətti boyu hərbi təxribatlara əl atırdı. 

2020-ci il sentyabrın 27-də Ermənistan Azərbaycana qarşı genişmiqyaslı hərbi hücum törətdi. Buna cavab olaraq Azərbaycan Ordusu öz ərazimizdə əks-hücum əməliyyatına başladı və işğal olunmuş torpaqlarımızı azad etdi: 

44 günlük Vətən müharibəsi nəticəsində tamamilə məğlub edilmiş Ermənistan 2020-ci il noyabrın 10-da kapitulyasiya aktını imzalamağa məcbur oldu. Azərbaycan özü 30 illik münaqişəyə son qoydu və hərbi-siyasi yollarla ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi. 

İllərlə "Biz güclü dövlətik, bizim güclü ordumuz var" deyilən sözlər, əməldə tam təsdiqini tapdı. 44 gün ərzində düşmənin ordusunu darmadağın etdik minimum itkiylə. Güclü Azərbaycan Ordusu bu gündə öz gücünü qoruyur və daha da artırmaqdadır. Lakin Ermənistan Ordusu məhv olub, yoxdur artıq. 

Biz beynəlxalq hüquqa riayət etdik, müharibə şərtlərinə tam əməl etdik. Ermənistan tərəfi onsuzda rəzil idi, beynəlxalq hüququ pozaraq, müharibə şərtlərini pozaraq tamam rəzil oldular. Müharibə zamanı, müharibəyə qətiyən aidiyyatı olmayan Bərdəni, Gəncəni qanunla qadağan olunmuş raketlərlə bombalayıb mülki əhalini, dinc sakinləri qətlə yetirməklərinə terrordan başqa ad vermək mümkün deyil. Ermənistanın başında oturanlar yarıtmaz siyasətləriylə öz əhalisini, bütün dünya qarşısında alçaldıb, rəzil etdilər, yerlə bir etdilər. 

Müzəffər Prezident İlham Əliyev rəhbərliyi ilə, şanlı qələbəmiz sayəsində Azərbaycan əhalisinin nüfuzu artdı, alnından xəcalət təri silinib, qüruru özünə qayıtdı. Bu gün Azərbaycan əhalisindən daha çox xarici dövlətlərdə yaşayan dünya azərbaycanlıları iki dəfə çox qürurludurlar, çünkü onlar orada ermənilərlə tez-tez rastlaşırlar və onların yanında qalib millət kimi başı dik gəzə bilirlər. Bu hisləri sözlərlə ifadə etmək mümkün deyil. 

Təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan Ordumuz bu gün dünyanın ən güclü Ordular sırasına daxildir. Ümummilli lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Müzəffər Prezident İlham Əliyevin müstəqil, qətiyyətli, dəyişməz mövqeyi hesabına bu gün bizim güclü Ordumuz mövcüddür. 

Azərbaycan Prezidenti təkcə Azərbaycan vətəndaşlarının yox, bütün dünya azərbaycanlılarının Prezidenti olmağı bacardı. Dünyada yaşayan Azərbaycanlılar bu gün hər hansısa çətinliklə üzləşən zaman əminliklə Azərbaycan dövlətinə, onun rəhbərinə müraciət edir və üzləşdiyi problem dərhal öz həllini tapır. 

Ali Baş Komandan İlham Əliyevin bütün imzaladığı Bəyannamələr, sərəncamlar və digər sənədlərdə milli maraqlar üstün tutulur, imzalanan heç bir sənəd xalqın iradəsinə zidd deyil. Xalq ölkə başçısının bütün addımlarını birmənalı şəkildə dəstəkləyir. Xalq öz rəhbərinə çox arxayındır. 

Cənab Prezidentin söylədiyi məhşur bir sözü qeyd etmək istərdim, çıxışı zamanı söyləyir: nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm. Bu söz elə-belə söz deyil və lap yerinı düşərdi, Cənab Prezidentin başqa bir çıxışında, söylədir digər bir məhşur söz isə belədir: Mən elə-belə söz demirəm. Bütün bu sözlər, sözün əsil mənasında çox dəyərli sözlərdir və bütün sözlər hər zaman əməldə öz əksini tapır. 

Bu gün Cənab Prezident İlham Əliyevin bir çox dövlətlərində həsrət apardığı uğurlu siyasətinin alternativi yoxdur və buna görə bir xalq olaraq, biz bu siyasi kursu göz bəbəyimiz kimi qorumağa borcluyuq. Xalqımız uzun illərdir bu siyasətə çox məharətlə sadiqdir və əbədi olaraqda sadiq qalacağına heç bir şübhə yoxdur. 

Bu günə qədər ölkə başçısı tərəfindən verilən vədlər tam dəqiqliyi ilə həyata keçmişdir, öz təsdiqini tapmışdır. Ona görə söyləməyə əsas var ki, Azərbaycanı daha böyük inkişaf yolu gözləyir Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə və Ümummilli lider Heydər Əliyevin siyasi kursu sayəsində. Bu siyasi kurs hesabına Millət olaraq günü-gündən qürurumuz artıb, əyilməz, məğlub edilməz xalq statusu qazanmışıq. Xalq öz İqtidarından yerlə-göy qədər razıdır və muxalif fikirlər söyləyən insanlar Azərbaycan yox səviyyəsindədir. 

Muxalif partiyaların demək olar ki, hamısının İqtidarla dialoqa getməsi, bir çox muxalif partiya üzvləri, İqtidar partiyası Yeni Azərbaycan Partiyasına üzv olması açıq-aydın göstərir ki, Yeni Azərbaycan Partiyası şəffaf, mərd-mərdanə və çox uğurlu siyasət həyata keçirir ki, məhz bütün bunlar baş verir. 

Yeni Azərbaycan Partiyasının 29 il ərzində çox uğurlu inkişaf tarixi var. Bu 29 il ərzində, bu miqyasda, bu sürətdə gedən inkişaf, Azərbaycan tarixində heç zaman baş verməmişdir, nəinki Azərbaycan bir çox dünya dövlətlərində də həmçinin. Bir çox hallarda dövlətimizə qarşı qısqanclıqlarda helə bundan irəli gəlir. Sürətli inkişafımızı gözləri götürmür. Azərbaycan elə bir güclü dövlətdir ki, elə inkişaf yolunu seçmişdir ki, heç bir quvvə onu yolundan döndərə bilmir və bilməyəcək. 

İllərdir milli satqınlar, xaricdən maliyyələşən qaragüruhlar, xəyanətkarlar dəstələr günü-gündən Azərbaycan xalqı önündə rəzil olurlar, bütün xəyanətləri üzə çıxır, 3-5 nəfər tərəfindən onlara olunan "etibarda" heç olur gedir yarıtmaz əməlləri hesabına. Qanunsuz mitinqləridə, ictimai asayışı pozduqları zaman meydanlarda tək qalırlar və biabır olurlar, heç bir dəstəklərinin olmadığına görə. 3-5 nəfərlə qəsdən əhalinin sıx toplandığı, dincəldiyi yerlərə gəlirlər qəsdən görüntü yaradırlar ki, güya sayları çoxdur. Təbii ki, uzun illərdir bu və buna bənzər yarıtmaz əməlləriylə heçnəyə nail ola bilmirlər və bilməyəcəklər. 

Bu gün dünyada 5 ən yaxşı Prezident varsa, mütləq onlardan biri Cənab Prezidentdir, əgər 3 ən yaxşı Prezident varsa yenə də onlardan biri Müzəffər Prezident İlham Əliyevdir. 

Mircalal Mehdiyev
Lənkəran rayonu, Moğonojba kənd sakini.