Fövqəladə Hallar Nazirliyinin yaranması, formalaşması və həyata keçirdiyi işlər cəmiyyət tərəfindən rəğbətlə qarşılanır.
Sabahinfo.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Siyavuş Novruzov deyib.
Onun sözlərinə görə, böyük yanğınlar, daşqın, sel və s. kimi hadisələrdə, həmçinin, minatəmizləmə işlərində öz həyatlarını təhlükəyə atırlar.
"Ali Baş Komandanın əmri ilə onlar hətta bir çox ölkəyə yollanıblar. Bu səbəbdən onlar üçün medalın təsis olunması təqdirəlayiqdir".