Orenburqdakı soydaşlarımız təyyarə qəzası ilə bağlı başsağlığı veriblər

 Bu gün AZAL aviaşirkətinin Bakı-Qroznı reysinin Qazaxıstanın Aktau şəhərində qəzaya uğraması xaricdəki soydaşlarımızda da dərin hüzn hissi yaradıb. Orenburq vilayəti Azərbaycanlılarının Regional Milli-Mədəni Muxtariyyətinin sədri Yaşar Məsmov özünün və təşkilatı adından faciəvi aviahadisədə həyatını itirənlərin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verib: “Bu, bizim qəlbimizdə dərin acı ilə hiss olunan böyük bir kədərdir. Biz itkini paylaşır, bu ağır günlərdə ölənlərin yaxınları ilə birgə kədərlənirik.

Belə itkinin ağrısını heç bir söz əvəz edə bilməz. Biz də bu faciədə ölənlərin yaxınları ilə birgə acını bölüşürük. Bu faciədən xilas olanlara tezliklə sağalmağı və ruh yüksəkliyi arzulayırıq. Ümid edirik ki, zaman onların fiziki və mənəvi yaralarını sağaldar və daha yaxşı gələcəyə inam bütün çətinlikləri aşmağa kömək edər”.