Azərbaycan Milli Paralimpiya komandası üzvləri Aslanov Orxan Əlövsət oğlu və Vəliyeva Lamiyə Rövşən qızı “Şöhrət” ordeni ilə təltif olunublar.
Sabahinfo.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev müvafiq Sərəncam imzalayıb.
Onlar Fransanın Paris şəhərində keçirilən XVII Yay Paralimpiya Oyunlarında qazanılmış yüksək nailiyyətlərə və Azərbaycan idmanının inkişafında xidmətlərinə görə bu ordenlə təltif ediliblər.