Pakistanlı jurnalistlərlə görüş

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili  Pakistanın ən nüfuzlu media qruplarından biri olan  “Bol” Media Qrupunun rəhbəri Ayişə xanım Şeyx və qrup nümayəndələri ilə görüşüb. Eyni zamanda görüşdə millət vəkili Əminə Ağazadə də iştirak edib.

Azerforum.com xəbər verir ki, millət vəkili Tahir Mirkişili görüşlə bağlı təəssüratlarını özünün "Facebook" səhifəsində belə ifadə edib: '“Bol” Media qrupuna Azərbaycan-Pakistan qardaşlıq münasibətləri, əməkdaşlığımızın gücləndirilməsi istiqamətləri mövzusunda müsahibə verdik və Pakistan gənclərinə bu münasibətləri gələcəkdə də qoruyub daha inkişaf etdirmək üçün müraciət etdik!
Azərbaycan və Pakistan qardaş ölkədirlər".