Paytaxt sakininə dələduzluq etməkdə şübhəli bilinən edən şəxs saxlanılıb.
Bu barədə Axar.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, DİN-in “102 Zəng Mərkəzi”nə zəng edən Bakı şəhər sakini E.Mehdiyev paytaxtın Nəsimi rayonu ərazisində bir nəfərin zor tətbiq edərək onun 250 ABŞ dollarını almasını bildirib.
Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Yevlax rayon sakini, əvvəllər məhkum olunmuş P.Abdullayeva müəyyən edilərək saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.