"Penitensiar sistemdə islahatlar əsas məsələlərdəndir" - Fikrət Məmmədov

Azərbaycanda Penitensiar sistemdə islahatlar əsas məsələlərdəndir.

Trend-in məlumatına görə, bunu ədliyyə naziri Fikrət Məmmədov deyib.

"Bu günlərdə cəmiyyətimizin həssas qrupu olan yetkinlik yaşına çatmayan və qadın məhkumlar üçün yeni müəssisələr istifadəyə verilib.

Onu da qeyd etməliyəm ki, ölkəmiz humanizm ideyalarına daim sadiqlik nümayiş etdirir. Belə ki, ötən dövrdə ölkə Prezidenti tərəfindən 6 minə yaxın şəxs əfv olunub.Torpaqlarımızın Vətən müharibəsi nəticəsində işğaldan azad olunmasının ildönümü, 8 noyabr - Zəfər Günü münasibətilə qəbul edilmiş amnistiya aktı 17 mindən çox şəxsə tətbiq edilməklə əhatəliliyinə görə ən geniş olub.

Eyni zamanda, burada təmsil olunan BQXK ilə sıx əməkdaşlıq sayəsində penitensiar sistemdə vərəmlə mübarizədə olduqca yüksək nailiyyətlər əldə edilib", - deyə nazir bildirib.