Kreml Azərbaycan və Türkiyə liderləri arasında Naxçıvanda keçiriləcək görüşün regionda təhlükəsizliyin möhkəmlənməsinə kömək edəcəyinə ümid edir.
Bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
“Onlar suveren ölkələrdir. Əməkdaşlığı inkişaf etdirmək üçün suveren hüquqlarından istifadə edirlər. Biz Bakı ilə Ankara arasında nə qədər sıx münasibətlər olduğunu bilirik”, - deyə Peskov əlavə edib.
O vurğulayıb ki, Moskvanın da Ankara və Bakı ilə eyni dərəcədə yaxın əlaqələri var.