Peyvənd olunanların sayı açıqlandı

Azərbaycanda son sutkada koronavirus əleyhinə 9 660 vaksin vurulub.

Bu barədə Sabahinfo.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Son sutkada birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 709, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 856, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 7547, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 548 nəfərdir.