Peyvənd olunanların sayı AÇIQLANDI

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 4 092 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sabahinfo.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 415, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 418, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 2 947, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 312 nəfərdir.