Dekabrın 26-27-də Rusiyanın Sankt-Peterburq şəhərində Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv dövlətlərin liderlərinin qeyri-rəsmi görüşü keçiriləcək.
Sabahinfo.az xəbər verir ki, sammitdə Azərbaycan lideri İlham Əliyevin də iştirakı nəzərdə tutulub.
Rusiya Prezidenti Vladimir Putin dekabrın 9-da MDB liderlərinin görüşünün keçiriləcəyini elan edib.
Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan Aİİ sammiti və MDB liderlərinin qeyri-rəsmi görüşü üçün artıq Sankt-Peterburqa yola düşüb.