Cənab Prezidentin Şərqi Zəngəzurun Kəlbəcər və Laçına səfəri orada verdiyi bəyanatlar və təməlqoyma mərasimlərdə iştirakı çox mühüm siyasi-tarixi cəhətdən mühüm əhəmiyyət kəsb edir.
Bunu “Ölkə.Az”a açıqlamasında deputat İltizam Yusifov deyib.
“Birincisi, cənab Prezidentin işğaldan keçən qısa zamanda işğaldan azad olunmuş ərazilərə səfər etməklə. Bu torpaqların əsil sahibinin kimlərin olduğunu dünyaya nümayiş etdirməkdir.
İkincisi, 30 ilə yaxın müddətdə erməni vandallarının törətdiyi vəhşilikləri dünyaya nümayiş etdirib, onların məhz işğalçı olduğunu beynəlxalq aləmə göstərməkdir.
Üçüncüsü, vandal ermənilərdən fərqli olaraq Azərbaycan bu torpaqların əsa sahibi olduğun işğaldan azad edilmiş ərazilərdə qısa zamanda genişmiqyaslı abadlıq-quruculuq işlərinə başlanılıb. Cənab Prezidentin ən mürəkkəb və çətin coğrafi relyefə malk Kəlbəcər və Laçında infrastruktur layihələrinin təməlqoyma mərasiminə qatılması, o cümlədən tikintisi gedən obyektlərin tikinti işləri ilə tanış olması, bəzilərinin açılışında iştirakı bunun bariz göstəricisidir. Bütün görülən bu işlər isə Böyük qayıdışın etibarlı şəkildə təmin edilməsinə xidmət edir. Böyük qayıdış zamanı vətəndaşların rahat həyat şəraitini təmin etmək üçün ilk növbədə infrastruktur layihələri həyata keçirilib, onlaırn işləmələri üçün şərati olmalıdır. Görülən işlərdə məhz ona xidmət edir”- deputat qeyd edib.
Səfərin ikinci ən mühüm cəhəti barədə danışan deputat qeyd edib ki, cənab Prezident beynəlxalq aləmə heş bir dövlətdən maliyyə yardımı almadan təkbaşına belə böyük maliyyə tutumlu işləri həyata keçirir. “Azərbaycan ötən müddət ərzində heç bir xarici ölkədən və ya beynəlxalq maliyyə institutundan kredit almadan milyardlarla vəsaiti işğaldan azad edilmiş ərazilərin bərpasına yönəldilib. Qısa zamanda xeyli işlər görülüb, Artıq ən yaxın zamanda isə Böyük qayıdışa start veriləcək və insanlar mərhələli şəkildə öz doğma yurdlarına dönəcək.
Bu isə onu deməyə əsas verir ki, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur yaxın illərdə nəinki regionun, o cümlədən dünyanın ən cəlbedici bölgəsinə çevriləcək. Çünki Qarabağ və Şərqi Zəngəzur həm yeraltı və yerüstü baxımdan, həm də yeraltı faydalı ehtiyatlar baxımdan zəngindir. Digər tərəfdən isə turistik baxımdan geniş potensiala malik ərazilərdir. Bütün bu işlər Azərbaycanın daxili maliyyə imkanları hesabına həyata keçirilir.
Bu onu sübut edir ki, belə bir genişmiqyaslı maliyyətutumlu layihələri ancaq Azərbaycan kimi güclü iqtisadiyyata malik və güclü liderə malik bir dövlət həyata keçirə bilər”- o qeyd edib.
Prezidentin Kəlbəcərdə hərbi hissənin açılışında iştirakına gəldikdə isə deyib ki, cənab Ali Baş Komandının hərbi hissənin açılışında iştirakı və verdiyi bəyanatlar təkcə Ermənistana deyil, eyni zamanda onların havadarlarına və bölgədə gərginlik yaratmaqda olan qüvvələrə bir xəbərdarlıq mesajı idi: “Cənab Ali Baş Komandan açıq şəkildə bəyan etdi ki, ordumuz 44 günlük müharibədən sonra daha da güclənib, güclənməkdədir və ən müasir silahlarla təchiz olunub, bundan sonra da təchiz ediləcək. Ali Baş Komandan onu da bəyan etdi ki, Azərbaycan ordusu yeni komando hərbi formada təşkil olunur. Bu da ordumuzun çevik və daim döyüş qabliyyətinin yüksək olmasına xidmət edəcək”.
Deputat onu da əlavə edib ki, Prezident çıxışında dövlətimizin gələcək planları, Ermənistanın indiki və gələcək nəsillərinə xəbərdarlıq mesajları ünvanlayıb:
“Ali Baş Komandan bəyan etdi ki, müharibə sona çatsa da Azərbaycan dövlətinin aydın və konkret ordu siyasəti mövcuddur. Birincisi, Ordunun gücləndirilməsi üçün bundan sonra da ciddi addımlar atılacaqdır. İkincisi, Ermənistanla sərhəddə bizim mövqelərimiz daha da möhkəmlənəcəkdir, əgər ermənilər başqa xəyallara düşərlərsə layiqli cavablarını alacaqlar. Digər tərəfdən isə Ermənistan sərhədlərin müəyyən edilməsi işində yenə də öz köhnə taktikasına qapılsa, vaxt uzatmağa çalışsa, nəticədə özü peşman olacaq. Ali Baş Komandan ermənilərə. Onların indiki, gələcək nəsillərinə, eyni zamanda havadarlarına xəbərdarlıq mesajı ünvanlayaraq bildirdi ki, o dağın başında mənim sözlərim yazılıb: “Dəmir yumruq” yerindədir, bunu heç kim unutmasın… Əgər yenə də Ermənistanda revanşist qüvvələr baş qaldırsa, bilməlidirlər ki, onları nələr gözləyir”. Ümumiyyətlə cənab Prezidentin Kəlbəcər və Laçından verdiyi mesajlar ondan ibarət idi ki, Azərbaycan bölgədə dayanıqlı sülhün, sabitliyin və bölgədə sıx inteqrasiya olunmuş əməkdaşlıqda maraqlıdır. Ona görə də İrəvanın Bakının bölgədə dayanıqlı sülhün, sabitliyin, əməkdaşlığın təmin edilməsi ilə bağlı verdiyi təklifləri qəbul etməkdən başqa alternativi yoxdur. Bunun alternativlər Ermənistanın və ermənləri fəlakəti deməkdir. Hansı ki, cənab Prezidentin bununla bağlı açıq mövqeyi ortadadır və bunu həyata keçirmək üçün də siyasi iradəyə malikdir”.