Prezidentin təyin etdiyi icra başçıları KİMDİR?

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamları ilə Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov vəzifəsindən azad edilərək Salyan Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Salyanın icra başçısı Sevindik Hətəmov isə Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə gətirilib.

Sabahinfo.az xəbər veir ki, Modern.az icra başçılarının tərcümeyi-halını araşdırıb.

Rüstəm Xəlilov 1958-ci ildə Sabirabad rayonunun Hacıbəbir kəndində anadan olub. Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun Aqronomluq fakültəsini və Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu bitirib. Milli Məclisin 3–5-ci çağırışlarının deputatı olub.

2019-cu ildə Rüstəm Gülabba oğlu Xəlilov Prezident İlham Əliyevin sərəncamı ilə Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Evlidir, 4 övladı var.

Sevindik Hətəmov isə 1961-cü il aprelin 7-də Laçın rayonunun Güləbird kəndində anadan olub. 2005–2010-cu illərdə Üçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub. Bir müddət Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının sədri işləyin. 2012-ci ildə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsində baş məsləhətçi, 2012–2016-cı illərdə isə Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb.

Azərbaycan Respublikası Prezidentinin 4 mart 2016-cı il tarixli Sərəncamı ilə Salyan Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunub.