Rusiya Prezidenti Vladimir Putin Qarabağdakı Rusiya sülhməramlılarının gələcək taleyi barədə danışıb.
Sabahinfo.az xəbər verir ki, Putin Bişkekdə MDB liderlərinin sammitinin yekunları ilə bağlı keçirdiyi brifinqdə bildirib ki, formal olaraq Qarabağda Rusiya sülhməramlıları 2025-ci ilin noyabrına kimi qalmalıdır.
“Bu məsələ danışıqlar zamanı həll olunacaq”, - o qeyd edib.