2020-ci ildə Rusiya Federasiyası və prezident Vladimir Putinin sayəsində Qarabağda hərbi əməliyyatları dayandırmaq mümkün oldu.
Sabahinfo.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin direktor müavini Andrey Nastasin açıqlayıb.
"2020-ci ildə Rusiya Federasiyası və prezident Vladimir Putinin sayəsində Qarabağda hərbi əməliyyatları dayandırmaq, eləcə də kütləvi itkilərə səbəb olacaq hərbi əməliyyatlardan qaçmaq mümkün olub. Rusiyanın vasitəçiliyi ilə 6 sülhməramlımızın həyatı bahasına 2023-cü ilin sentyabrında bir gün ərzində Qarabağda vəziyyətin gərginləşməsi dayandırıldı", - diplomat qeyd edib.