Xızı rayonunda seçicilərlə görüş keçirilib.
2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 17-də Xızı rayonu Giləzi qəsəbəsində seçicilərlə görüş keçirilib.
Əvvəlcə Azərbaycanən Dövlət Himni səsləndirilib, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra Prezident İlham Əliyevin 20 illik fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş olunub.
Görüşdə YAP Xızı rayon təşkilatının sədri Ayaz Quliyev, Milli Məclisin deputatı Müşfiq Məmmədli, təşviqat qrupunun üzvləri Svetlana Rüstəmova və Xanbaba Əzimov çıxış ediblər.
Çıxışlarda qeyd olunub ki, Azərbaycan xalqı ötən 20 illik tarixində əsrlərə bərabər bir inkişaf yolu keçdi, tarixi ədalətsizliyin nəticələri aradan qaldırılmaqla bərabər, qalib xalq statusunu da qazanmış oldu. Ötən illər ərzində dünyada baş verən qlobal böhran fonunda Azərbaycan iqtisadiyyatının davamlı inkişafı, bütün sosial proqramların vaxtında yerinə yetirilməsi əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş milli iqtisadi inkişaf modelinin möhkəm təməllər üzərində qurulmasının əyani göstəricisidir.
Natiqlər seçiciləri dövlətimizin dinamik inkişafını təmin edən, ölkəmizi uğurlardan-uğurlara aparan Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi cənab İlham Əliyevə səs verməyə dəvət ediblər.
Seçicilər bildiriblər ki, qələbələrin qürurunu yaşayan xalqımızın hər bir nümayəndəsi kimi xızılıların da bir seçimi olacaq-bu qürurlu anları Azərbaycan vətəndaşlarına yaşatmaqda davam edən Müzəffər Ali Baş Komandan İlham Əliyevdir!