“Qarabağ” beş qol vurulan qarşılaşmada məğlub oldu - YENİLƏNİB

“Qarabağ” “Rakuv”la görüşdə 3:2 hesabı ilə məğlub olub. 

00:07

Təmsilçimiz “Qarabağ” “Rakuv”la görüşdə yenidən hesabda geri düşüb. Qarşılaşmanın əsas vaxtına əlavə edilmiş birinci dəqiqədə S.Kittel fərqlənib.

Təmsilçimiz “Qarabağ” “Rakuv”la görüşdə hesabı bərabərləşdirib. 75-ci dəqiqədə R.Cica özünün və komandamızın ikinci qolunu vurub.
 

23:48

“Qarabağ” qarşılaşmanın 73-cü dəqiqəsində hesab arasındakı fərqi azaldıb. Təmsilçimizin heyətində R.Cica fərqlənib.

 

23:47

Azərbaycan çempionu “Qarabağ” səfərdə iki top fərqi ilə geri düşüb. Rəqibin heyətində 71-ci dəqiqədə F.Piaseçki fərqlənib.

 

23:31

“Qarabağ” “Rakov”la qarşılaşmada hesabda geri düşüb.

Qarşılaşmanın 55-ci dəqiqəsində L.Zvolinski hesabı açıb.

22:16

Polşada UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda “Rakuv” və “Qarabağ” komandaları üz-üzə gəlirlər. Hakimin start fiti ilə ilk oyun başlayıb. 

21:17

Polşada UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda üz-üzə gələcək “Rakuv” və “Qarabağ”ın start heyətləri açıqlanıb.

Avropa futbol qurumunun rəsmi saytında verilən məlumata görə, komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaqlar:

“Rakuv”: 1 Vladan Kovaçeviç, 4. Stratos Svarnas, 24. Zoran Arseniç, 25. Boqdan Rakovitsan, 7. Fran Tüdor, 8. Ben Lederman, 20. Cin Karlos, 66. Yannis Papanikolau, 30. Vladislav Koçergin, 77. Martsin Tsebulya, 9. Lukaş Zvolinski

Baş məşqçi: David Şvarqa

“Qarabağ”: 1. Şahruddin Məhəmmədəliyev, 13. Bəhlul Mustafazadə, 81. Kevin Medina, 44. Elvin Cəfərquliyev, 27. Toral Bayramov, 6. Julio Romao, 8. Marko Yankoviç, 7. Yassin Benzia, 15. Leandro Andrade, 10. Abdullah Zubir, 19. Redon Cica

Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 11. Adama Diakabi, 17. Hamidu Keyta, 20. Riçard Almeyda, 55. Bədavi Hüseynov, 66. Patrik Andrade 83. Nihad Quliyev, 90. Nəriman Axundzadə

Baş məşqçi: Qurban Qurbanov

Qeyd edək ki, bu gün “Miejski” stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:15-də başlayacaq.