Qarabağ bölgəsində mülki təyinatlı tikililərdən silah-sursat anbarları aşkar edilir - VİDEO

Ermənistan silahlı birləşmələrinin və qeyri-qanuni erməni silahlı dəstələrinin mülki təyinatlı infrastrukturdan hərbi məqsədlər üçün istifadə etməsi növbəti dəfə aşkar edilib.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, lokal xarakterli antiterror tədbirlərindən sonra Qarabağ iqtisadi rayonunda tərk edilmiş tikililərə baxış zamanı bu obyektlərdən silah-sursat anbarı kimi istifadə edildiyi müəyyən olunub.

Aşkar edilmiş silah və sursatla dolu yeşiklər, müxtəlif tipli qumbaraatanlar üçün mərmilər, “Kornet” tank əleyhinə raket kompleksinin idarə olunan raketləri, hərbi geyim dəstləri və zirehli dəbilqələr müsadirə edilib.