Azərbaycan Respublikası Ali Məhkəməsinə yeni hakimlər təyin edilib.
Sabahinfo.az xəbər verir ki, Milli Məclisinin bu gün keçirilən iclasında Azərbaycan Respublikası Ali Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında məsələ müzakirəyə çıxarılıb.
Təklif edilən dəyişikliyə əsasən, "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası Qanununun 97-ci maddəsinin ikinci hissəsinə uyğun olaraq, aşağıdakı apellyasiya məhkəmələri hakimlərinin vəzifələrindən azad edilərək Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri təyin olunub.
Hüseyn Aida Əli qızı
Muxtarov Teyyub Asif oğlu
Qeyd edək ki, uzun illər məhkəmə sahəsində çalışan T. Muxtarov Birinci Qarabağ müharibəsinin iştirakçısı olub.