Qarabağda nə baş verir?

Sergey Şoyqu Zakir Həsənovla Qarabağda vəziyyətin “sabitləşməsi” haqda danışıb. Dünən Ermənistan müdafiə naziri də axşam saatlarında Şoyqu ilə danışmışdı və görünür, İrəvan baş verənlərlə bağlı Rusiyadan kömək istəyir.

Hərçənd, bölgədə sabitliyə yeganə təhdid erməni silahlı dəstələridir və 10 noyabr razılaşmasının 4-cü bəndi icra edildiyi təqdirdə problem aradan qalxa bilər.

Hazırda Qarabağda nə baş verdiyinə dair suala isə Müdafiə Nazirliyinin məlumatında cavab tapmaq mümkündür: Azərbaycan Ordusunun bölmələri güc tətbiq etmədən mövqelərin və dislokasiya məntəqələrinin yerlərinin dəqiqləşdirilməsi prosesini davam etdirir.