Qarabağın erməni sakinlərinin reinteqrasiya planı ilə bağlı RƏSMİ AÇIQLAMA

"Prezident Administrasiyası tərəfindən göndərilən dəvət, əfsus ki, separatçı rejim tərəfindən imtina edilirdi".

Sabahinfo.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Xarici İşlər Nazirliyində Bakıda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri üçün brifinqdə deyib.

O qeyd edib ki, Qarabağın erməni sakinlərinin sosial-iqtisadi inteqrasiyası Azərbaycanın daxili məsələsidir.

Prezidentin köməkçisi diqqətə çatdırıb ki, Qarabağın erməni sakinlərinin geniş formada sosial-iqtisadi inteqrasiyası üçün plan hazırdır və bu müvafiq aidiyyət qurumlarla hazırlanıb.