Qaradağ Rayon İcra Hakimiyyəti başçısının və millət vəkilinin təşəbbüsü ilə şəhid ailələrinə növbəti dəfə baş çəkilib

Butün ölkə gəncləri kimi Qaradağ rayonunun gəncləri də Tarixi Zəfər qazandığımız 44 günlük Böyük Vətən Müharibəsində fəal iştirak edərək əsl qəhrəmanlıq nümunələri göstərmişlər. Onların bir çoxunun rəşadəti və qəhrəmanlığı gənc nəsl üçün ən yaxşı nümunə kimi həmişə yaddaşlarda əbədi qalacaq.

Qaradağ rayonu İcra Hakimiyyətinin Başçısı Süleyman Mikayılov başda olmaqla İcra Hakimiyyəti Aparatının işçiləri, idarə, müəssisə rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri daim şəhid ailələri və qaziləri ilə görüşür, onların problemləri ilə yaxından tanış olur, şəhid ailələri və qazilərin qaldırdıqları bir çox məsələləri yerində həll etməklə onların ailələrinə mənəvi və maddi dəstək verilir və lazımi köməklik göstərilir.

Dünən belə tədbirlərin davamı kimi Azərbaycan Respublikası Milli Məclisinin deputatı Səbinə Xasayeva, Qaradağ Rayon İcra Hakimiyyəti Başçısının müavini Təranə İsmayılova, Milli Məclisin deputat köməkçisi Bayram Məmmədov bir qrup şəhid ailələrinə baş çəkiblər, onlarin problemləri ilə birbaşa yerində tanış olublar və həll edilməsinə köməklik göstərilibdir.

Baş çəkilən şəhid ailələrinin üzvlərinə rayon icra hakimiyyəti tərəfindən yardım göstərilib.

Görüşlərdə ailə başçıları şəhid ailələrinə daim qayğı ilə yanaşan ölkəmizin başçısına minnətdarlıqlarını bildirib, bir sıra məsələlərin həlli ilə bağlı arzu və təkliflərini səsləndiriblər.