Qardaşım İbrahim Rəisiyə Allahdan rəhmət diləyirəm - Ərdoğan

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İran İslam Respublikasının Prezidenti İbrahim Rəisi və nümayəndə heyətinin vəfatı ilə bağlı başsağlığı verib.

Sabahinfo.az xəbər verir ki, bu barədə Rəcəb Tayyib Ərdoğanın rəsmi "X" hesabında yazdığı paylaşımda deyilib.

Bildirilib ki, helikopter qəzasında dünyasını dəyişdiyini öyrəndiyimiz dəyərli həmkarım, qardaşım İran İslam Respublikasının Prezidenti cənab İbrahim Rəisiyə Allahdan rəhmət diləyirəm:

"Mən İranın xarici işlər nazirinə və mərhum Rəisi ilə eyni helikopterdə həyatını itirən digər insanlara da Allah rəhmət eləsin.

Dost və qardaş İran xalqına və hökumətinə, xüsusilə İran İslam Respublikasının Dini Rəhbəri cənab Əli Xamneyiyə, cənab Prezidentin və digər həlak olan şəxslərin ailələrinə dərin hüznlə başsağlığı verirəm.

Mən onun vəzifədə olduğu müddətdə İran xalqının və regionumuzun sülhü naminə göstərdiyi səylərin şəxsən şahidi olmuş bir həmkar kimi cənab Prezidenti hörmət və minnətdarlıqla xatırlayıram.

Biz Türkiyə olaraq dəfələrlə etdiyimiz kimi bu çətin və kədərli günlərdə qonşumuz İranın yanında olacağıq",- paylaşımda vurğulanıb.