“Bu gün dünyamız heç zaman olmadığı qədər ağır mərhələyə daxil olub, nizamımız pozulub”.
Sabahinfo.az xəbər verir ki, bunu Milli Məclisin 8 dekabr tarixli iclasında deputat Ceyhun Məmmədov deyib.
Onun sözlərinə görə, dündaya baş vermiş hadisələrə ikili standartlarla yanaşmaq daha da çətinləşir. Azərbaycan xalqının belə bir məqamda sinəsini gərərək qələbə qazandığını deyən deputat qeyd edib ki, bu gün qarşımızda çox ciddi hədəflər durur: “Şübhəsiz ki, Azərbaycan bu missiyanın da öhdəsindən İlham Əliyevlə birlikdə gələcək”.
C.Məmmədib bildirib ki, ölkədə yeni prezident seçkilərin keçirilməsi ilə bağlı qərar verilməsi İlham Əliyevin uzaqgörənliyinin təzahürüdür: “Bu dəfə də xalqımız öz liderinə dəstəyini nümayiş etdirəcək”.