Qaxda iki nəfər dəm qazından zəhərləndi

Qazax rayonunda 2 nəfər zəhərlənib.

Axar.az Report-a istinadla xəbər verir ki, Birinci Şıxlı kənd sakini, 2008-ci il təvəllüdlü A.Məmmədova yaşadığı evdə dəm qazından zəhərlənib. O, yaxınları tərəfindən xəstəxanaya aparılıb, reanimasiya şöbəsinə yerləşdirilib.

Digər bir zəhərlənmə faktı isə Kosalar kəndində qeydə alınıb. Kənd sakini (ad-soyad dəqiqləşdirilir) yaşadığı evdə dəm qazından zəhərlənib.

Hər iki faktla bağlı araşdırma aparılır.