Qənirə Paşayeva dəfn edildi - YENİLƏNİB

Milli Məclisin Mədəniyyət komitəsinin sədri, deputat Qənirə Paşayeva dəfn olunub.

Sabahinfo.az xəbər verir ki, mərhum ll Fəxri xiyabanda torpağa tapşırılıb.

Dəfn mərasimində dövlət rəsmiləri, deputatlar, mərhumun ailə üzvləri, yaxınları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

 

***

Millət vəkili Qənirə Paşayeva ilə Heydər məscidində vida mərasimi keçirilir. 

Sabahinfo.az xəbər verir ki, vida mərasimi saat 10:00-da başlayıb. Mərasimdə dövlət xadimləri və incəsənət nümayəndələri iştirak edib. 

Verilən məlumata əsasən, cənazə namazı qılındıqdan sonra Q.Paşayeva İkinci Fəxri Xiyabanda torpağa tapşırılacaq.

Qeyd edək ki, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, deputat Qənirə Paşayeva sentyabrın 28-də müalicə olunduğu Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsində vəfat edib.

Elnarə Həziyeva