QHT nəzdində “Emilim – Talassemiyalı Xəstələrə Dəstək Mərkəzi” yaradılıb

Sabahinfo.az Bugun.tv - yə istinadla bildirir ki, “Mədəniyyətin Təbliği və Sosial Təşəbbüslər” İctimai Birliyinin nəzdində fəaliyyət göstərəcək “Emilim – Talassemiyalı Xəstələrə Dəstək Mərkəzi” təsis olunub.

Birliyin İdarə Heyətinin üzvü Abdullayeva Ayşən Azər qızı 1 mart 2026-cı il tarixindən etibarən mərkəzin direktoru vəzifəsinə təyin edilib.

Yeni yaradılan qurumun əsas məqsədi talassemiya xəstəliyindən əziyyət çəkən şəxslərə və onların ailələrinə sosial, psixoloji və maarifləndirici dəstək göstərməkdir. Bununla yanaşı, cəmiyyətdə xəstəliklə bağlı məlumatlılığın artırılması, ictimai maarifləndirmə işinin gücləndirilməsi və müvafiq qurumlarla əməkdaşlıq çərçivəsində sosial layihələrin həyata keçirilməsi nəzərdə tutulur.

Mərkəz gələcək fəaliyyətində talassemiyalı xəstələrin hüquqlarının müdafiəsi, xeyriyyə aksiyalarının təşkili, sosial dəstək proqramlarının icrası və ictimai kampaniyaların keçirilməsini planlaşdırır. Qurumun fəaliyyətində şəffaflıq, sosial həssaslıq və ictimai həmrəylik prinsiplərinin əsas götürüləcəyi bildirilib.