QHT tədbir keçirib

Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə, Azərbaycan Respublikası Beynəlmiləlçi Əlil Döyüşçülər Fondu 01.02.2022–01.06.2022-ci il tarixlərini əhatə edəcək, “Hökumət və xalq öz müdafiəçilərinin xidmətlərini heç vaxt unutmamalidir!” layihəsini, Azərbaycanın sərhədyani Qərb bölgəsinin Qazax və Ağstafa rayonlarında şəhid ailələri, müharibə əlilləri, veteranları ilə sil-silə görüşləri davam edir.

Layihənin icra planına əsasən 14-15 aprel tarixlərində, Ağstafa rayonlarında, aidiyyati olan qurumlarla birlikdə əməktaşlıq edərək şəhid aillərini, müharibə əlillərini və veteranları, onlara verilmiş tibbi və sosial imtiyazları barəsində marifləndirmə işləri aparılaraq onların ortaya çıxmış toibbi-sosial problemlərinin həlinə köməkliklər edilir.

14 aprel tarixində, Ağstafa rayon Mədəniyət Mərkəzində, Azərbaycan Respublikası “Beynəlmiləlçi Əlil Döyüşçülər” Fondunun prezidenti, Əfqanıstan və Qarabağ müharibəsinin veteranı Sərraf Orucov, Fondun vitse-prezidenti, layihənin rəhbəri Əfqanıstan və Qarabağ müharibəsinin veteranı Ənvər Qarayev, Hüquqşünas, Qarabağ müharibəsinin veteranı Fəqan Nəsibzadə, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağstafa rayon Şöbəsinin rəisi, polkovnik-leytenant Anar Hüseyinov, Gənclər və idman Nazirliyinin Ağstafa rayon İdarəsinin rəisi Əziz Məsmaliyev,. Ağstafa rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakşıları və şəhid ailləri ilə işin təşkili şöbəsinin müdiri Ariz Qədiməliyev, aidiyyəti olan Ağstafa rayon Səhiyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi, Dövlət Sığorta, Şöbəsinin, idarə, müəssisə rəhbərləri, Vətən müharibəsinin Şəhid ailələrinin, müharibə əlillərinin, veteranlarının, KİV nümayəndələrinin iştirakı ilə iclas keçirildi.

Azərbaycan Respublikası “Beynəlmiləlçi Əlil Döyüşçülər” Fondunun Prezidenti Sərraf Orucov çıxış edərək tədbir iştirakçılarını salamlayıb, şəhid ailələri, müharibə əlilləri, veteranları qarşısında baş əyərək onları salamdıqdan sonra qeyd etdi ki, “Şəhidlərimiz tək sizin övladınız deyil, onlar hər birimizin övladı, doğması, əzizidir. Doğmanız olaraq gəldik ki, sizlərlə görüşək”, – deyən natiq həyata keçirilən layihənin də məhz bu doğmalığı çatdırmağa xidmət etdiyini söyləyib. S.Orucov Ulu Öndər Heydər Əliyev tərəfindən şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, veteranlarına göstərilən qayğının bu gün ölkə Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən layiqincə davam etdirildiyini, Fond olaraq həyata keçirilən layihə ilə dövlətin göstərdiyi diqqət və qayğıya töhfə verməyə çalışdıqlarını qeyd edib.

Həyata keçirilən layihə barədə məlumat verən S.Orucov qeyd edib ki, əsas məqsəd 27 sentyabr – 8 noyabr 2020-ci il tarixlərində Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda Vətən müharibəsində döyüşərək şəhid olmuş oğullarımızın ailələrinin və müharibə əlillərinin onlara dövlət tərəfindən qanunla nəzərdə tutulmuş tibbi və sosial təminat hüquqlarının Səhiyyə Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təmin olunmasına hüquqi köməklik göstərərək, adı çəkilən vətəndaşlar arasında yaranmış narazılıqları aradan qaldırmaqdır. Fond rəhbəri bildirib ki, layihə çərçivəsində qeyd olunan problemlərin həlli ilə bağlı aidiyyəti olan Səhiyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliklərinin, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Səbail, Qazax və Ağstafa rayon şöbələri ilə birlikdə əməkdaşlıq edərək Bakı şəhərində və sərhədyanı Qazax, Ağstafa rayonlarında Vətən müharibəsində döyüşərək şəhid olanların ailələrinin, müharibə əlillərinin və veteranlarının tibbi-reabilitasiyası və sosial problemlərinin həllinə hüquqi yardım göstəriləcəkdir. Həmçinin, Vətəndaşların Respublikadan Kənar Müalicəyə Göndərilməsi Məsələləri üzrə Komissiyasından keçərək xarici ölkələrdə müalicə olunmaları üçün rəy almış müharibə əlillərinə aidiyyəti qurumlar tərəfindən təmin olunmasına hüquqi köməklik olunacaqdır. S.Orucov qeyd edib ki, vətəndaş olaraq bilməliyik ki, bu gün daha çox şəhid ailələrinin, müharibə əlillərinin xalqın mənəvi dəstəyinə və sayğısına ehtiyacları vardır. Onlar həm dövlətin, həm də cəmiyyətin daim diqqət mərkəzində olmalıdırlar. Şəhid ailələrinin və müharibə əlillərinin problemləri yalnız onların problemləri deyil, bütün cəmiyyətin problemi sayılmalıdır.

“Beynəlmiləlçi Əlil Döyüşçülər” Fondunun Hüquqşünası Fəqan Nəsibzadə çıxış edərək tədbir iştirakçılarını salamlayıb, şəhid anaları, ailələri qarşısında baş əydiyini qeyd edərək bildirdi ki, Fondun əsas məqsədi şəhid ailələrinin, müharibə əlillərinin, veteranlarının yanında olmaqdır. Ölkə Prezidentinin daxili və xarici siyasətinə dəstək verməkdir. Vətən müharibəsi şəhid ailələrinin, əlillərinin, veteranlarının və onların ailə üzvlərinin ali və orta ixtisas təhsil müəssisələrində ödənişli təhsildən azad etdirməyi, banklarda olan problemli kreditlərinin ödənişində köməklik etməyi, ölkə daxilində sanatoriyalara, müalicə və müayinə mərkəzlərinə göndərməyi Fond üzərinə öhdəlik götürür. Təmannasız olaraq bütün hüquqi yardımların göstərilməsi üçün böyük səylə çalışır.

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağstafa rayon Şöbəsinin rəisi, polkovnik-leytenant Anar Hüseyinov, Gənclər və idman Nazirliyinin Ağstafa rayon İdarəsinin rəisi Əziz Məsmaliyev,. Ağstafa rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakşıları və şəhid ailləri ilə işin təşkili şöbəsinin müdiri Ariz Qədiməliyev və iclasa dəvət olunmuş səhid ailələri, müharibə əlilləri,veteranlar çıxış edərək, Vətən müharibəsində döyüşərək səhid olmuşların ailələrinin, müharibə əlillərinin və veteranlarının tibbi-reabilitasiyası, sosial və müharibə veteranlarının çoxusunun işsizllik problemlə­ri ilə əlaqədar fikir və təkliflərini bildiərək, Beynəlmiləlçi Əlil Döyüşçülər Fondunun həyata keçirilən, “Hökumət və xalq öz müdafiəçilərinin xidmətlərini heç vaxt unutmamalidir!” layihəsi sayəsində görülən işləri müsbət qiymətləndirərək, layihənin əməktaşlarına bu xeyirxaq fəaliyyətlərində müfəfəqiyyətlər arzu etdilər.

Fondun Prezidenti və Hüquqşunastı tərəfindən iclas iştirakçılarını maraqlandırılan suallara cavab verildikdən sonra iclas öz işini yekunlaşdırdı.