QHT Zaqatalada tədbir keçirib

“Sahibsiz uşaqlara kömək” İctimai Birliyi 01 fevral 2022-ci ildə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Uşaqlar arasında narkomaniya, zərərli vərdişlər və onların fəsadları və təhlükəsi barədə məlumatlandırmanın keçirilməsi” adlı layihənin icrasına başladı. 3 aylıq layihə çərçivəsində təşkilatın (01.02.2022-01.05.2022) əsas məqsədi istər orta məktəblərdə, istərsə də bazarlarda, vağzallarda, küçələrdə əhalinin narkomaniyanın fəsadları, uşaqların bu baladan uzaq olması istiqamətində maarifləndirilməsidir.
Narkomaniya hər zaman olduğu kimi müasir dövrdə də cəmiyyətin aktual problemlərindən olaraq qalır. Bir ailədə uşaq dünyaya gəlir, valideyn min bir əziyyətlə onu böyüdüb cəmiyyətə yararlı bir vətəndaş etmək istəyir. Lakin bir qrup cinayətkar hər zaman puskudadır. Onlar öz mənafeləri üçün uşaqların, yeniyetmələrin, gənclərin həyatını oğurlayıb, onu yarıda qırırlar.Təşkilat hər zaman olduğu kimi əsas diqqəti yenə də uşaqlara, yeniyetmələrə və onların yanlarında olan insanlara yönəltmək istəyir. Uzun illərdir küçə uşaqları ilə işlədiyimiz üçün bu uşaqlara daha çox qayğının göstərilməsinin vacibliyini bildiriririk. Ümumiyyətlə, layihədə əsas hədəf qrupları uçaqlar və yeniyetmələrdir. Təşkilat artıq layihə çərçivəsində Beyləqan, Oğuz, Qəbələ rayonlarında orta məktəblərdə şagirdlərə narkonamiya, narkotik maddələri satan cinayətkarların cinayətkar fəaliyyətləri haqqında məlumat vermişdi.
Təşkilatın növbəti səfəri 28-31 martda Zaqatala rayonuna oldu. Zaqatala rayon Polis şöbəsinin əməkdaşları İlqar Xalıqov, İsa Əhmədov, Davud Davudov QHT nümayəndələri “Sahibsiz uşaqlara kömək” İctimai Birliyinin sədri Məlahət Abbasova və layihənin eksperti Vəfa Salehova birgə orta məktəblərdə maarifləndirici tədbirlərdə işıtirak etmişlər. Təşkilatın ilk tədbiri Zaqatala rayon Dövlət İdarəetmə və Texnologiya kollecində oldu. Onlar şagirdlərə narkomaniyanın yaratdığı asılılıqdan, insanların həm özlərinə, həm də ətrafdakılara vurduqları ziyandan danışarkən, şagirdləri öz həyatları ilə bağlı, seçimlərində və verdikləri qərarlarda məsuliyyətli olmağa çağırdı. Şagirdlərə müraciət kollecin direktoru Həzrət Qocayev və təşkilatın sədri Məlahət Abbasova narkomaniyanın ciddi bir problem olduğunu və onun əsas qurbanlarının yeniyetmələr olduğunu deyərək, problemin həllində QHT, hüquq-mühafizə orqanlarının və yeniyetmə-gənclərin bərabər əməkdaşlıq etməsini bildirdi. Zaqatala rayonunda növbəti tədbir Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialında oldu. Təşkilatın sədri Məlahət Abbasova bildirdi ki, həyata keçirdiyimiz layihədə əsas vəzifələrdən biri insanların maarifləndirməsidir. Hər bir gəncin də əsas vəzifələrindən biri də başqa insanların maarifləndirilməsidir. Burada xüsusilə küçə uşaqlarının maarifləndirilməsinə xüsusi diqqət verilir. Bu məqsədlə biz potensial qurbanlarla sıx-sıx söhbətlər aparıb, onlara narkotikanın, siqaretin zərəri ilə bağlı məlumat veririk.
Layihə çərçivəsində əhaliyə narkomaniya problemi ilə bağlı maarifləndirici bukletlərlə yanaşı, tibbi maskalar, spirt və digər gigiyenik vasitələr də paylanıb.