Xəbər verdiyimiz kimi, ötən gün Lənkəranda dənizdə iki nəfər boğularaq ölüb, bir nəfər isə xilas edilib.
Sabahinfo.az-ın məlumatına görə, dənizdə həyatını itirən gənclər 2001-ci il təvəllüdlü Ramin Məmmədzadə və 2008-ci il təvəllüdlü Aysu Qəhrəmanzadə olub.
2003-cü il təvəllüdlü Zeynəb Əliyeva isə sudan çıxarılaraq xəstəxanaya çatdırılıb.
Qeyd edək ki, Zeynəb və Aysu xalaqızıdılar. Onlar dənizdə çimərkən boğulmaq təhlükəsi ilə üzləşiblər.
Bunu görən Ramin qızları xilas etməyə çalışıb. O Zeynəbi boğulmaqdan xilas edə bilib. Aysunu xilas edərkən isə hər ikisi boğulub