Quba-Qusar yolunda baş verən avtobus qəzasının TƏFƏRRÜATI - VİDEO

Səhər saatlarında Qusardan Bakıya hərəkət edən sərnişin avtobusu qəzaya uğrayıb.

Sabahinfo.az bildirir ki,Qubanın Digah kəndi ərazisində sürücü Ravil Mahmudovun idarə etdiyi avtobus yoldan çıxaraq aşıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan bildirilib ki, əraziyə polis əməkdaşları cəlb olunub. 4-ü azyaşlı olmaqla 19 nəfər Quba rayon mərkəzi xəstəxanasına yerləşdirilib.

"Xəstəxanadan verilən məlumata görə yaralıların hamısı evə buraxılıb"./xezertv

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: