01 may 2024-cü il tarixdən “Marketinq Fəaliyyətinin İnkişafına Dəstək” İctimai Birliyi, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “SAHİBKARLARIN İXRAC FƏALİYYƏTİNİN TƏŞVİQİ” layihəsinin icrasına başlamışdır.
Layihənin icra müddəti 3 ay olmaqla 31.07.2024-cü il tarixində bitəcək.
Layihənin məqsədi Quba, Xaçmaz, Qusar rayonlarında istehsal və satış fəaliyyəti göstərən 60 nəfət mikro, kiçik və orta sahibkarlıq subyektlərinin xarici bazarlara istiqamətləndirilməsi üçün İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin xarici bazar araşdırmaları və xarici sərgilərdə iştirak, sertifikatların alınması üçün müraciət qaydalar və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi, Vahid İxrac Ərizəsi, Sərbəst Satış Sertifikatının alınması, azexport.az portallarının fəaliyyəti üzrə maarifləndirmə həyata keçiriləcək.