İnstaqramda ən çox izləyiciyə sahib olaraq rekorda imza atan dünyaca məşhur futbolçu Kriştiano Ronaldonun fit bədən formasına sahib olmaq üçün saxladığı pəhriz məlum olub. Ulduz idmançının "Yuventus" futbol klubundan olan dostu Dauda Piter futbolçunun hər zaman eyni pəhrizi saxladığını və qazlı içkilər içmədiyini deyib:
"Ronaldo illərdir brokoli, toyuq, düyü yeyir və bir litr su içir. Qətiyyən qazlı içkilərdən istifadə etmir".
Qeyd edək ki, Kriştiano Ronaldonun İnstaqramda 305 milyon izləyicisi var.