Ronaldu “Əl-Nəsr” məsələsinə nöqtə qoydu

Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldu İsveçrə ilə 1/8 final oyunundan (6:1) sonra “Əl-Nəsr” klubuna keçidi ilə bağlı dərc edilən xəbərlərə aydınlıq gətirib.

37 yaşlı futbolçunun karyerasını Səudiyyə Ərəbistanında davam etdirib-etdirməyəcəyi ilə bağlı  suala cavabı qısa olub:

“Xeyr, bu, doğru deyil”.

Qeyd edək ki, K.Ronaldu “Mançester Yunayted”lə müqaviləsinə xitam verildikdən sonra indi azad agent statusundadır.