Rosqvardiyanın 3 hərbçisi öldürüldü

Ukraynanın əlahiddə dağ-hücum briqadasının döyüşçüləri Rosqvardiyanın 3 hərbçisini məhv ediblər.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.

Məlumata görə, Rosqvardiyanın Çeçenistanda yerləşən operativ təyinatlı 46-cı əlahiddə briqadasının hərbçiləri döyüşlər zamanı öldürülüb:

“Döyüşçülərimiz, həmçinin, BTR-80 və atıcı silahları qənimət kimi ələ keçiriblər”.

Qeyd edək ki, bu hərbi birləşmə 2000-ci ildə çeçen müqavimət hərəkatına qarşı döyüşmək üçün yaradılıb.