Rus hərbçiləri Ukraynada dinc əhaliyə atəş açmır - Peskov

Rusiya hərbçiləri dinc əhaliyə atəş açmır.

Axar.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

"Biz Ukrayna Baş Prokurorluğuna inanmırıq. Rusiya hərbçiləri dinc əhaliyə zərbə endirmir və atəş açmır. Rusiya hərbçiləri mülki şəxslərə kömək edir. Təəssüf ki, hər gün dinc sakinlər onları canlı qalxan kimi istifadə etdiklərini bildirirlər", - Peskov vurğulayıb.

Qeyd edək ki, Rusiyanın Ukraynada mülki infrastrukturu atəşə tutması nəticəsində yalnız ölən uşaqların sayı 121-dir.