Rusiya ilə tammiqyaslı müharibə ehtimalı... - Stoltenberq

Rusiya ilə NATO arasında tammiqyaslı müharibənin olması mümkünsüzdür.

Axar.az xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq deyib.

Stoltenberq bildirib ki, NATO ölkələrinin birliyinin nümayişi genişmiqyaslı müharibə ehtimalını azaldır.

Bununla belə, o, Ukraynadakı vəziyyətin son dərəcə gözlənilməz olduğunu və NATO-nun yeni reallıqla üz-üzə qaldığını qeyd edib.