Rusiya sülhməramlı kontingentinin bir hissəsinin sonradan Ukraynaya göndərilmək üçün Qarabağdan çıxarıldığı iddia olunur.
Bu barədə sosial şəbəkələrdə müvafiq videolar yayılıb.
Martın 9-da səhər saatlarında çəkildiyi iddia olunan kadrlarda sülhməramlı kontingentin texnika və şəxsi heyətinin Laçın dəhlizində hərəkəti müşahidə olunur.
Sözügedən kolonun Ukraynaya göndərilmək üçün Qarabağdan çıxarıldığı bildirilir.
Həmin görüntüləri təqdim edirik: