Rusiya qoşunları Ukraynanın Sumı vilayətində yaşayış binalarına aviazərbələr endirib.
Bu barədə Ukraynanın Fövqəladə Hallar Dövlət Xidməti “Telegram” səhifəsində məlumat yayıb.
“Martın 9-da düşmən aviasiyası Lebedin şəhərinin Şevçenko küçəsində yaşayış binalarına zərbə endirib. Xilasedicilərin və yerli sakinlərin operativ tədbirləri nəticəsində ikisi uşaq olmaqla 5 nəfər evlərin dağıntıları altından çıxarılıb. Həmçinin aviazərbə nəticəsində 2 yaşayış binası dağılıb”, - deyə məlumatda bildirilir.