Rusiya Şurasının 160 üzvünə sanksiya tətbiq edildi

Kanada Rusiya Federasiya Şurasının 160 üzvünə sanksiya tətbiq edib.

Axar.az xəbər verir ki, bu barədə Kanada Baş naziri Castin Trudo məlumat verib.

Baş nazir qeyd edib ki, ölkəsi Ukraynada davam edən xüsusi hərbi əməliyyata görə Rusiyanı məsuliyyətə cəlb etmək üçün tərəfdaşları və müttəfiqləri ilə işləməyə davam edəcək.