Rusiya Ukraynada ölən hərbçilərinin sayını açıqladı

Ukraynada keçirilən hərbi əməliyyatlar zamanı bu günə kimi 1 351 hərbçi həlak olub, 3 825-i yaralanıb.

Axar.az xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyi açıqlayıb.

Qeyd edək ki, bu gün Ukrayna Müdafiə Nazirliyi Rusiyanın 16 100 canlı qüvvəsinin zərərsizləşdirildiyini açıqlayıb.