Rusiya Ukraynaya "İskəndər" raketləri atıb:ölən və yaralananlar var, 52 avtobus yanıb

Rusiyanın Ukraynanın Dnepr şəhərinə “İsgəndər” raketləri ilə zərbə endirməsi nəticəsində bir mülki şəxs ölüb, 5 nəfər isə yaralanıb.

Sabahinfo.az “24tv.ua”ya istinadən xəbər verir ki, bu barədə Dnepr şəhərinin hərbi müdafiə administrasiyasının başçısı Valentin Rezniçenko bildirib.

Onun sözlərinə görə, hadisə zamanı 52 sərnişin avtobusu yanıb.

Məlumata görə, raket zərbələri nəticəsində daha 98 sərnişin avtobusuna, bir neçə çoxmərtəbəli yaşayış binasına, eləcə də gimnaziya, mağaza və inzibati binalara zərər dəyib.

V.Rezniçenko qeyd edib ki, Rusiya hərbçilərinin həmçinin şəhərin Nikopolsk rayonunu “Qrad” və ağır artilleriyadan atəşə tutması nəticəsində fərdi yaşayış evlərinə ziyan dəyib.