Rusiyalı hərbçilər döyüşdən imtina edir

Ukraynanın Melitopol şəhərində yerləşdirilmiş 70 rusiyalı hərbçi rəhbərliyin əmrinə tabe olmaqdan imtina edir.

Axar.az xəbər verir ki, bu barədə Zaparojye vilayətinin hərbi administrasiyasının məlumatında deyilir.

Bildirilib ki, hərbçilər kütləvi etiraza qalxaraq Ukrayna silahlı qüvvələrinə qarşı döyüşməkdən imtina edirlər.