Rusiyanın daha 4 helikopteri və 1 təyyarəsi VURULDU

Ötən gün ərzində Ukrayna Silahlı Qüvvələri Rusiyanın dörd helikopterini, bir təyyarəsini və qanadlı raketini vurub.

Sabahinfo.az modern.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

"Ukrayna xalqının Rusiyanın hərbi işğalına qəhrəmancasına müqavimətinin iyirminci günü başlayıb. Müdafiə qüvvələrinin vəziyyəti, mövqeyi və hərəkətlərinin xarakteri ciddi şəkildə dəyişməyib. Ukrayna Silahlı Qüvvələri qruplaşmalara sarsıdıcı zərbələr endirir", - məlumatda deyilir.

Baş Qərargah hücum əməliyyatında iştirak edən Rusiya qüvvələrinin bütün istiqamətlərində ciddi uğur əldə etmədiyini bildirib.