Rusiyanın daha bir generalı Ukraynada öldürüldü

Ukrayna ordusu ötən gün Xerson vilayətinin Çernobayevka qəsəbəsində Rusiyanın Cənub Hərb Dairəsinin 49-cu ümumqoşun ordusunun komandanı general-leytenant Yakov Ryazantsevi öldürüb.

Axar.az xəbər verir ki, Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç gündəlik keçirilən brifinqində bu məlumatı təsdiqləyib.

Qeyd edək ki, bu, Ukraynada son 1 ayda öldürülən 7-ci rusiyalı generaldır. Bununla belə, Rusiya indiyədək yalnız 41-ci ordu komandanının müavini general-mayor Andrey Suxovetskinin və Qara Dəniz Donanmasının rəis müavini, birinci dərəcəli kapitan (polkovnikə bərabər) Andrey Palinin ölümünü təsdiqləyib.