Rusiyanın qüvvəsi tükənib? - Ukraynalı general açıqladı

Rusiyanın qüvvəsi və raketinin bitməsi ilə bağlı söylənilənlər həqiqəti əks etdirmir.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Quru qoşunları komandanlığının Baş qərargah rəisinin müavini, briqada generalı Aleksandr Qruzeviç deyib.

“Düşmənin gücü varmı? Əlbəttə, var. Atışmanın intensivliyini müşahidə etdikdə, onların raketinin bitməsi ilə bağlı yüksək səslə deyilənlərin həqiqət olmadığını görürük. Düşmən aktiv şəkildə atəşə tutur. Xüsusilə hərbi infrastrukturu, hərbi obyektləri...”, - deyə general bildirib.