Rusiyaya şok: 645 rus hərbçisi məhv edildi

Ukraynaya qarşı hərbi əməliyyatlar nəticəsində Rusiyanın 200-cü əlahiddə motoatıcı briqadasının batalyon-taktiki qrupunun 648 hərbçisindən 645-i öldürülüb.

Axar.az xəbər verir ki, bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç deyib.

“Bu batalyon-taktiki qrupdan olan rusiyalı hərbçilərin yalnız üçü sağ qala bilib. İkisi isə yaralıdır”, - Arestoviç bildirib.