Ruslar 14 şəhərin rəhbərini əsir götürüb - Vereşuk

Rusiya hərbçiləri 14 şəhərin rəhbərlərini əsir götürüblər.

Axar.az xəbər verir ki, bunu Ukrayna Baş nazirin müavini, Ukraynanın müvəqqəti işğal olunmuş əraziləri üzrə naziri İrina Vereşuk deyib.

“Rusiya paritet tələb edir, deyirlər, sərhədçiləri sərhədçiyə, matrosları matroslara dəyişirik. Bəs, Rusiya əsirliyində olan 14 şəhər rəhbərlərini kimlə dəyişəcəyik? Hələlik biz bu məsələni beynəlxalq səviyyədə həll edirik”, - Vereşuk bildirib.