Sabah Azərbaycanda qeyri-iş günüdür GÜNDƏM 28 Yanvar 2025 Oxunma sayı: 394 Sabah Azərbaycanda qeyri-iş günü olacaq. Sabahinfo.az xəbər verir ki, 29 yanvar 2025-ci il tarixdə bələdiyyə seçkiləri keçiriləcək. Seçki Məcəlləsinin 8.2-ci maddəsinə əsasən, səsvermə günü seçki keçirilən ərazidə iş günü hesab olunmur.